XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2017 - 18:05

UEFA Çempionlar Liqası:“Qarabağ” klubunun Romada oyundan əvvəl son məşqinin vaxtı açıqlanıb

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun ilk günündəki qarşılaşmalarla əlaqədar əlavə tədbirlərin proqramı açıqlanıb.

Azərtac xəbər verir ki, İtaliya paytaxtında “Qarabağ” komandasını qəbul edəcək “Roma”nın baş məşqçisi Eysebio De Franseskonun mətbuat konfransı Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Saat 18:30-da isə “Roma” futbolçuları Fulvio Bernardini adına təlim-məşq bazasında oyundan əvvəl ilk məşqlərinə çıxacaqlar.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 21:30-da başlayacaq. Saat 22:00-da isə “Qarabağ” futbolçuları oyunöncəsi məşqə çıxacaqlar.

Xatırladaq ki, “Roma”-“Qarabağ” qarşılaşması dekabrın 5-də Bakı vaxtı ilə saat 23:45-də İtaliya paytaxtındakı “Olimpiko” stadionunda start götürəcək.