XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2017 - 18:25

“Google” şirkətinin yeni proqramı- Trafikə qənaət edəcək

“Google” şirkəti “Datally” proqramını təqdim edib. Yeni proqram smartfonda trafikə qənaət etməyə kömək göstərəcək. Bu proqramı “Google Play” mağazasından ödənişsiz yükləmək mümkündür.

Azərtac “hitech.vesti.ru” saytına istinadla xəbər verir ki, “Datally” məlumatların ötürülməsini bütün proqramlar üçün bloklayan və ya bunu seçmə üsulu ilə edən “data saver” funksiyasıdır. Proqram bu funksiyaları anlaşılan və rahat interfeysdə – smartfonda mobil məlumatların “idarəetmə mərkəzi”ndə birləşdirir. “Datally” istifadəçi tərəfindən trafikin istifadə xüsusiyyətlərini təhlil edir.

Proqramın gələcək versiyalarına mobil rabitə operatorunun balansının monitorinqi və mobil məlumatlardan həddindən artıq istifadə haqqında xəbərdarlıq əlavə olunacaq.