XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

02 Dekabr 2017 - 19:11

İran və Azərbaycanın sərhəd komandanlarının iclası keçiriləcək- Tehranda

Dekabrın 3-də Tehranda  İran və Azərbaycanın sərhəd komandanlarının 10-cu iclası keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu  İran Sərhəd Qoşunlarının komandanının beynəlxalq məsələlər üzrə müavini general Xəlil Qasimnejad deyib.
 
Onun sözlərinə görə, iclasın keçirilməsində məqsəd iki ölkənin sərhədçiləri arasında mövcud əməkdaşlıq səviyyəsinin inkişaf etdirilməsidir.

Azərbaycanı iclasda Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
 
İclasda 2015-ci ildə Bakıda keçirilən 9-cu iclas çərçivəsində qaldırılan məsələlərin reallaşdırılması da müzakirə olunacaq.