XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2017 - 09:46

Mövlud Çavuşoğlu:“FETÖ-nün ABŞ-da nə etmək istədiyini biz yaxşı bilirik"

Fətullah Gülənin tərəfdarları ABŞ Konqresi, məhkəmə sistemi və diplomatik missiyalarına yayılıblar. 

Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.  

“FETÖ-nün ABŞ-da nə etmək istədiyini biz yaxşı bilirik, FETÖ-nün dövlət qurumlarına, məhkəmə instansiyalarına nüfuz etməsi barədə amerikalıları açıq şəkildə məlumatlandırırıq. Onlar ABŞ-ın Türkiyədəki diplomatik missiyalarına, ABŞ Konqresinə, hər yerə yayılıblar. Leqal və ya qeyri-leqal şəkildə.  Biz FETÖ ilə öz ölkəmiz daxilində necə mübarizə aparırıqsa, xəyanətkarların olduğu bütün dünya ölkələrində də bu cür mübarizəni davam etdirəcəyik”, – deyə Çavuşoğlu qeyd edib/APA.