XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2017 - 15:31

Yəməndə qiyamçı husilər BƏƏ-də tikilən AES-ə raket atdı –Açıqlama

Yəməndəki qiyamçı husilər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tikilən "Baraka" Atom Elektrik Stansiyasına (AES) qanadlı raket atıb.

Bu barədə husilərin silahlı qruplaşmasının nümayəndəsi Əziz Rəşidə istinadən "Əl-Mayadin" telekanalı məlumat yayıb.

Ə. Rəşid raketin Yəmən istehsalı olduğunu, hazırda uçuş məsafəsi 1,6 min km olan raketlər istehsal etdiklərini  iddia edib. Eyni zamanda "Baraka" AES-ə raket buraxılmasının Əb-Dabiyə siyasi və hərbi mesaj olduğunu vurğulayıb.

Qeyd edək ki, "Baraka" AES Əbu-Dabidən 250 km uzaqlıqda yerləşir. AES-in ilk blokunun 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

BƏƏ rəsmi olaraq husilərin iddiasına münasibət bildirməyib/APA.