XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2017 - 17:47

Saakaşvili tərəfdarları ilə birlikdə Kiyevdə yenidən aksiyaya başladı –Poroşenkoya qarşı

Ukraynanın paytaxtı Kiyev şəhərində Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin "Yeni qüvvələrin hərəkatı" tərəfindən təşkil edilmiş "İmpiçment uğrunda marş" şüarı ilə aksiya keçirilir.

Bu barədə "İnterfax" məlumat yayıb.

Qeyd edilir ki, aksiyanın bir neçə min iştirakçısı Taras Şevçenko adına parkda toplaşıblar. Bundan sonra onlar hökumət orqanlarının binasına tərəf gediblər.

Aksiyaçılar bildiriblər ki, Ukraynada vəziyyət prezident Petr Poroşenkonun xalqın impiçmenti yolu ilə yaxşılaşa bilər. Mitinqçiləri hüquq-mühafizə orqanlarının əməkdaşları müşayiət edirlər. 

Aksiya zamanı ictimai asayişin pozulması qeydə alınmayıb/Report.