Rusiyanın "Tu-22M3" tipli altı bombardımançı təyyarəsi Suriyanın Deyr-əz-Zor əyalətinin cənub-şərqində İŞİD terror təşkilatının obyektlərinə zərbə endirib.
Bu barədə dekabrın 3-də Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hədəf İŞİD yaraqlılarının sursat anbarları, texnika və dayaq məntəqələri olub/Report.