XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2017 - 22:22

Xızıda 136 ədəd partlamamış PHS, 317 ədəd isə partlamış mərmi qalıqları aşkarlandı –ANAMA

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan verilən məlumata görə, dekabrın 3-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 136 ədəd partlamamış hərbi sursat (PHS), 317 ədəd partlamış-yanmış mərmi qalıqları və 480 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 92 500 kv.m (9.25 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 87 gün ərzində 20 981 ədəd partlamamış hərbi sursat (PHS), 11 210 ədəd partlamış-yanmış sursat qalıqları və 74 164 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 72 300 012 kv.m (7 230 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.