Dekabrın 4-də Rusiya Federasiyasının paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci iclası keçiriləcək.
Strateq.az Azərtac-a istinadən xəbər verir ki, iclasda Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın maddələri müzakirə ediləcək.
Nazirlər, həmçinin gəmiçilik, qanunsuz balıq ovunun qarşısının alınması, dənizdə təhlükəsizliyin təmin edilməsi məsələlərinə də toxunacaqlar.