XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 14:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlayn bilet satışına başladı –Müraciət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Parklara onlayn bilet satışı ilə bağlı turistlərə müraciət edib.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, ölkədə 9 Milli Park – Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göy-göl Milli Parkı və Samur-Yalama Milli Parkı fəaliyyət göstərir: "Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti 2012-ci ilin avqust ayından elektron xidmətlərin təşkili sahəsində Milli Parklara onlayn bilet satışına başlayıb.

Nazirliyin Elektron xidməti vasitəsilə bu linkə (e-xidmet.eco.gov.az/index.php?lang=az&sectionid=3) daxil olaraq Milli Parklara onlayn bilet əldə etmək mümkündür".