XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 15:20

Bakıda Ərəb Əmirliklərinin yaranmasının 46-cı ildönümü qeyd olunub –FOTO

Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 46-cı ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Strateq.az  xəbər verir ki,  səfir Mohamed Hamel Alqubaisi çıxış edərək ölkənin yaranmasından söz açıb, 2 dekabr tarixinin regionda və onun hüdudlarından kənarda davamlı inkişaf, artım və tərəqqinin aparıcı modeli olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranma günü olduğunu xatırladıb. Səfir bildirib ki, ölkədəki ən son Kabinet dəyişikliyi gənclərə, elm və millətin proqressiv gələcəyinə verilən dəyərin nümunəsidir.  Onun sözlərinə görə, yeni Kabinetdə süni intellekt, qida təhlükəsizliyi, tolerantlıq naziri var və BƏƏ Xoşbəxtlik Nazirliyi olan unikal ölkədir: “Son on il ərzində elan edilən və həyata keçirilən müxtəlif plan və strategiyalar öz bəhrəsini verir. BƏƏ beynəlxalq səviyyədə çox yüksək insan inkişafı, təhlikəsizlik və sabitlik üzrə ən yaxşı ölkələr sırasına daxil olur. BƏƏ dünyanın müxtəlif bölgələrinə və xalqlarına humanitar və xeyriyyəçilik yardımı göstərməkdə davam edir. Ölkə İqtisadi və İnkişaf Təşkilatı (OECD) tərəfindən üç ildir dünyanın aparıcı humanitar yardım təminatçılarından biridir”.  Azərbaycanla münasibətlərə toxunan diplomat bildirib ki, ölkələrimiz arasındakı əlaqələrin kökləri əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə dayanır, bu əlaqələr iki ölkə və xalq arasında güclü tərəfdaşlığa çevrilib. M.H.Alqubaisi qeyd edib ki, ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də, iqtisadiyyat, turizm və mədəniyyət sahələrində artan mübadilə həcmi ölkələrimiz arasında möhkəm ikitərəfli əlaqələrin olduğunu göstərir. Cari ilin on ayında BƏƏ-dən  Azərbaycana 100 minə yaxın turistin gəldiyini vurğulayan səfir onu da əlavə edib ki, ölkəsinin Azərbaycandakı səfirliyi BƏƏ-Azərbaycan Ticarət Məclisini təsis edib: “Bu il ərzində ölkələrimiz arasında ticarət indeksinin artmasına maraq göstərən təxminən 40 ticarət tərəfdaşı və şirkətin iştirakı ilə Ticarət Məclisinin iki iclası keçirilib. Ticarət Məclisi azərbaycanlı və BƏƏ-dəki və BƏƏ istehsalçılarına Azərbaycandakı nümayəndəliyini tapmaq imlanı verir”.

Azərbaycan hökuməti adından BƏƏ xalqını bayram münasibəti ilə təbrik edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Nazir müavini beynəlxalq məsələlərdə Azərbaycanın və BƏƏ-nin mövqelərinin üst-üstə düşdüyünü vurğulayaraq deyib ki, BƏƏ hər zaman Azərbaycana bütün səviyyələrdə dəstək verib, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini müdafiə edib.  M.Məmmədquliyev birgə hökumətlərarası iqtisadi komissiyanın fəaliyyətinə toxunaraq qeyd edib ki, yeni tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər, təşkil edilən sərgilərdə, forumlarda birgə iştirak iqtisadi əməkdaşlığımızın inkişafının bariz nümunəsidir.

Laçın

Strateq.az