Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini general-leytenant Aykaz Baqmanyan vəzifədən azad edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, müdafiə naziri Vigen Sarkisyan jurnalistlərə açıqlamasında A.Baqmanyanın işdən çıxarıldığını təsdiqləyib.
Onun öz ərizəsi ilə vəzifədən azad olunduğu bildirilib.