XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 21:54

İranda daha bir zəlzələ oldu –4,8 bal gücündə

İranda 4,8 bal gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, təkanlar bir neçə dəqiqə əvvəl ölkənin şimalında Gilan vilayətində Ləngərut şəhərində qeydə alınıb.

Zəlzələnin dərinliyi 23 km olub. İnsan itkisi və dağıntı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında baş verən 7,2 bal gücündə zəlzələdə 569 nəfərin həlak olub. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.