XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 14:28

“Neftçi”nin məşqçisi vəzifəsindən azad edilib- Qərar

“Neftçi” klubu daha bir bəyanat yayıb. Apasport.az-ın paytaxt təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, klub rəhbərliyi bəzi oyunların nəticələrinin manipulyasiya edilməsi ilə bağlı araşdırma aparıb.
 
Bəyanatda AFFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılan məşqçi-metodist Ağakişi Mehdizadənin klubdan da kənarlaşdırıldığı bildirilib: “Son günlər haqlı olaraq böyük narazılıqla qarşılanan Premyer Liqanın bəzi oyunlarının nəticələrinin manipulyasiya edilməsi ilə bağlı hadisələrdə "Neftçi”nin də adı hallandırıldığından klub rəhbərliyi tərəfindən daxili araşdırma aparılıb. Xüsusən, AFFA-nın İntizam Komitəsinin 01.12.2017-ci il tarixdə keçirilən iclasında çıxarılan qərardan sonra buna çox ciddi zərurət yarandı. Araşdırma nəticəsində komandamızın məşqçi-metodisti Agakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı müəyyən olunub. O, verdiyi yazılı izahatda özünü təqsirli bilərək prosesdə fərdi xarakterli iştirakını etiraf edib. Bu səbəbdən məşqçi-metodist Agakişi Mehdizadə dərhal tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, Ağakişi Mehdizadə əvvəllər "İnter" Peşəkar İdman Klubunda (hazırkı "Keşlə") məşqçi-metodist vəzifəsində çalışıb.
 
Araşdırma zamanı topladığımız materiallar isə aidiyyatı üzrə AFFA-ya göndərilib. "Neftçi” olaraq bir daha bəyan edirik ki, idman oyunlarının nəticələrini manipulyasiya edənləri şiddətlə qınayırıq və bu cür qanunazidd halların qarşısının alınması üçün mübarizə aparan bütün qurumlara dəstək verməyə hazırıq”.