XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2017 - 11:38

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatdı –Protokol imzalandı + FOTO

Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini başa çatdırıb.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər.

Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının  yekunlarına dair protokol imzalanıb.