Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Palatadan Strateq.az-a verilən məlumata görə, sənədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov imza atıblar.
Memorandumun əsas prinsipi və mahiyyəti səmərəli əməkdaşlıq nəticəsində təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə müxtəlif sahələrdə müştərək proqramların hazırlanması və müvafiq layihələrin həyata keçirilməsi, habelə maliyyə və texniki dəstək göstərərək onların icra olunması istiqamətində müvafiq vəzifələrin həyata keçirilməsindən ibarətdir.