Dekabrın 6-da Naxçıvanda “Ümummilli lider Heydər Əliyev Dini Həmrəyliyin Yaradıcısıdır” mövzusunda keçirilən konfrans başa çatıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Ağsaqqallar şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete Naxçıvan Dövlət Televiziyasına müsahibə veriblər.(naxcivantv.az)