XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2017 - 14:17

Deputatın səhhəti pisləşdi –Millət vəkili Onkologiya Mərkəzinə yerləşdirildi

53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problemlər yaranıb.

Bu barədə Unikal.org-a açıqlamasında millət vəkilinin qızı Bəsdi Abramova deyib: "3 gün əvvəl atamın səhhətində problem yarandı və xəstəxanalardan birinə yerləşdirdik. Həkimlər atamda onkoloji xəstəlik aşkar etdilər. Bu gün Milli Onkologiya Mərkəzinə yerləşdirilib və hazırda xəstəxada cərrahi əməliyyata götürülüb. İki saat əməliyyat olacaq. Hələlik atamın səhhəti ilə bağlı heç nə deyə bilmirəm”.