XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

09 Dekabr 2017 - 19:57

Bakıda tikilməkdə olan bina uçub- FOTO

Bakının N.Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçub.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Koroğlu Rəhimov küçəsi 13 ünvanında, Odlar Yurdu Universitetinin əlavə korpusunda beton töküləndən sonra binanın 4-cü mərtəbəsinin bir hissəsi dağılıb.
 
Beton günorta saatlarında tökülüb. Hadisə yerinə xilasedicilər cəlb edilib.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, hadisə nəticəsində yaxınlıqda yaşayan 17 yaşlı Gövhər Nəcəfovanın səhhəti pisləşib. Hadisə yerinə təcili-tibbi yardım çağırılıb, ona tibbi yardım göstərilib, vəziyyəti normaldır.