Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan binanın qismən uçması ilə bağlı məlumat yayıb.
APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində tikilməkdə olan 4 mərtəbəli binanın sonuncu mərtəbəsində betontökmə işləri zamanı uçqun baş verib.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunublar. İlkin məlumata görə, uçqun nəticəsində xəsarət alan olmayıb.