XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 Dekabr 2017 - 11:55

Yeni “Samsung” smartfonlarının təqdimatı təxirə salındı- Səbəb

"Samsung" şirkəti "Galaxy S9" və "Galaxy S9+" smartfonlarının təqdimatını təxirə salıb. Bunun səbəbi yeni qurğuların sınaq mərhələsinin tam başa çatmamasıdır.

Azərtac xəbər verir ki, şirkətin yaydığı məlumata görə, "Galaxy S9" və "Galaxy S9+" smartfonlarının "CES 2018" sərgisində nümayişi gözlənilmir. Bundan əvvəl şirkət yeni modellərin yanvarın 9-12-də rəsmi təqdimatı planlaşdırırdı.

İndi isə qurğuların fevralda keçiriləcək "MWC 2018" sərgisi çərçivəsində təqdim olunması nəzərdə tutulur. Yaxın ay yarım ərzində mütəxəssislər yeni smartfonların testlərini davam etdirəcəklər.