XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2017 - 13:10

Sabah hava necə olacaq?- PROQNOZ

Həftənin ilk iş gününün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.

Dekabrın 11-də axşam Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.