XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 Dekabr 2017 - 22:12

Rusiyadan Azərbaycana gələn qatarların hərəkət qrafiki dəyişir- Bu tarixdən

"Rusiya Dəmir Yolları" ASC (RDY) dekabrın 10-dan etibarən Azərbaycan istiqamətində hərəkət edən qatarlar üçün yeni qrafik tətbiq edib.

"10 dekabr 2017-ci il Moskva vaxtı ilə 00.00-dan bütün Rusiya dəmir yolları şəbəkəsində 2017/2018-ci illər üçün yeni hərəkət qrafiki və qatarların formalaşdırılması planı tətbiq edilib", – deyə şirkətdən bildirilib.

Yeni qrafik üzrə beynəlxalq sərnişin daşımaları birbaşa və tranzit yolu ilə 11 Avropa və Asiya ölkəsinə (Almaniya, Fransa, Polşa, Avstriya, Çexiya və digər), həmçinin 11 MDB və Baltikyanı ölkəyə (Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Latviya, Litva, Estoniya) həyata keçiriləcək.