XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 14:15

Putin gözlənilmədən Suriyaya gəldi –Rusiya ordusunun çıxarılması barədə əmr verdi

 

Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib.

V. Putini Hmeymim aviabazasında Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıb. Rusiya lideri Suriya prezidenti Bəşər Əsədlə görüşəcək. Putin daha sonra Suriyadan Türkiyəyə gələcək. 

Qeyd edək ki, Xmeymim aviabazasında Rusiya aviasiyası və hərbçiləri yerləşir. Xmeyim hərbi bazasına gələn Putin rus ordusunun Suriyadan çıxarılması haqqında əmr verib: “Müdafiə nazirinə əmr edirəm ki, Rusiya qoşunlarının daimi dislokasiya məntqəsindən çıxarılmasına başlasın” – deyə prezident hərbçilər qarşısında çıxışı zamanı bildirib.

Putin deyib ki, rus ordusu vətənə qələbə ilə qayıdır.