Ukraynada Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəməsi başlanıb.
Strateq.az bildirir ki, şüşə qəfəsə salınan sabiq prezidentin prosesini çoxlu sayda jurnalist izləyir.
M. Saakaşvili prosesdən əvvəl qısa bəyanatla çıxış edib.
***
Vəkillərin vəsatətindən sonra M.Saakaşvili şüşə qəfəsdən çıxarılıb. Eks-prezident vəkillərlə birgə oturub.
***
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko məhkəmə prosesinə gəlib. O, M. Saakaşvili ilə görüşüb və onun yanında oturub.
***
“Mən oluqarxların məhbusuyam. Onlar məni bu qəfəsə salmaqla guya əylənirlər. Amma xalqın dəstəyi göstərdi ki, xalq heç nədən qorxmur". Bu sözləri eks-prezident Saakaşvili məhkəmə zalında verdiyi qısa bəyanatında bildirib.