XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 10:21

Cəbhədə monitorinq olacaq –Müdafiə Nazirliyi açıqladı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu haqda Strateq.az-a Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.  

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Oqnyen Joviç, Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.