İranda 6.1 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Dağıntı və tələfat barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, dünən də İran-İraq sərhədində 5.6 bal gücündə zəlzələ baş vermişdi.
Noyabr ayında isə İranda baş vermiş 7.2 bal gücündə yeraltı təkanlar nəticəsində 620 nəfər həlak olmuşdu/Axar.az.