XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 14:44

Rəsmi Ankara:"Kürdləri təmsil edənlərin siyahısını Rusiyaya vermişik"

"Suriya Milli Dialoq Konqresində kürdləri təmsil edənlərin siyahısını Rusiyaya vermişik".

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.

“YPG kürdlərin çox az bir qismini təmsil edir. Suriya torpaqlarının 20 faizinə onlar idarə etdiyi halda kürdlər ora qayıda bilmir. YPG etnik təmizləmə həyata keçirib. Hər kəsin əlindəki sənədləri, evləri, əraziləri aldı və rəsmi sənədləri yandırdı. Biz kürd qardaşlarımıza qarşı deyilik. İran da YPG-nin burada olmasının əleyhinədir”, – Çavuşoğlu bildirib/Axar.az.