XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 16:10

Zakir Qaralov Sumqayıtda vətəndaşlarla görüşəcək –Qəbul

Baş prokuror Zakir Qaralov Abşeron rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, dekabrın 22-də saat 10:00-da baş tutacaq qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.