XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2017 - 18:05

Sabah bu yol bağlanacaq –Rəsmi xəbərdarlıq

Dekabrın 13-ü səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində (prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində) avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Strateq.az xəbər verir ki, bu barədə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

A.Nəcəfli bildirib ki, məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.