XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 21:14

Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi –Ürəktutmadan...

Dəfələrlə çempionluğa sahib olan Emin Hüseynov dünən Bakıda dünyasını dəyişib.

Bu barədə Trend-ə onun qardaşı Dünya Gözəllik Konqresinin prezidenti Zamiq Hüseynov məlumat verib.

Bilyardçının 38 yaşında ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Emin Hüseynov beynəlxalq dərəcəli idman ustası olub. 2001-ci ildə təşkil olunmuş piramida üzrə dünya çempionatının dördüncüsü olmağı bacarıb. O, Azərbaycanda keçirilən bilyard yarışlarında 6 dəfə birinci yerə layiq görülüb.