XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 10:03

Kanadada sərnişin təyyarəsi havaya qalxarkən qəzaya uğradı –Yaralananlar var

Kanadada “West Wind Aviation” şirkətinə məxsus ATR-42 təyyarəsi qəzaya uğrayıb.

Bu barədə “CBC” telekanalı xəbər verib.

Hadisə Fond-dü-Lak yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.

İlkin məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Qəza nəticəsində yaralananların olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.

Qəzanın səbəbləri araşdırılır.