XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 13:09

Putin bu gün 1640 jurnalistin qarşısına çıxacaq –Rusiya prezidenti illik mətbuat konfransı keçirəcək

 Bu gün Rusiya Prezidenti Vladimir Putin 13-cü illik böyük mətbuat konfransı keçirəcək.

"Report" xəbər verir ki, mətbuat konfransı Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Mətbuat konfransı üçün rekord sayda jurnalist akkreditasiyadan keçib. Kremlin saytında akkreditə olunmuş jurnalistlərin tam siyahısı dərc olunub, siyahıda 1640 soyad var. Mətbuat konfransında həm Rusiyanın federal və regional KİV əməkdaşları, həm də xarici nəşrlərin müxbirləri iştirak edəcəklər.

V.Putinin bu formatda jurnalistlərlə ünsiyyəti 2001-ci ildə başlayıb. Davamlılığına görə 2008-ci ildə keçirilən və 4 saat 40 dəqiqədə davam edən mətbuat konfransı rekord olub. O zaman Rusiya prezidenti 106 sualı cavablandırmışdı.