XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 21:50

Fələstinli gənclərlə İsrail hərbçiləri yenə toqquşdu –Gərginlik səngimir

Beyt-ləhm şəhərində (Vifleyem, Fələstin) fələstinli gənclər və İsrail hərbçiləri arasında toqquşmalar baş verib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, Fələstin ərazisi və Qüdslə olan sərhəddə yerləşən divar qarşısında onlarla insan zibil qutularını yandırıb, İsrail müşahidə qüllələrinə daş və "Molotov kokteyli" atıblar.

Buna cavab olaraq hərbçilər etirazçılara qarşı səs qumbarası və gözyaşardıcı qazdan istifadə ediblər.

İğtişaşlar üç saata yaxın davam edib.