XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 12:30

Milli Məclisin iclası başladı –Deputatlar Rusiya ilə imzalanmış protokolu təsdiqlədilər


Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilir.

Gündəlikdəki ilk məsələ barədə çıxış edən komitə sədri Ziyad Səmədzadə “2013-cü il 13 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verdi. Deputat dedi ki, avromobil körpüsünün tikintisinin xərcləri, sonradan 50 faizini Rusiya tərəfi qaytarmaqla Azərbaycan tərəfindən ödənilib.

Komitə sədri bildirdi ki, Samur çayı üzərindən avtomobil körpüsünün tikilməsi haqqında sazişə dəyişikliklər edilməsi barədə protokol imzalanıb. Deputatlar protokolun təsdiq olunmasına səs verdilər. (musavat.com)