XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 13:05

Qubanın icra başçısının birinci müavini istefa verdi –Ərizəni imzaladı

Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini öz vəzifəsindən istefa verib.

Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, İcra Hakimiyyətinin birinci müavini Yusif Abidov işdən çıxması ilə bağlı ərizəni bu həftə imzalayıb. Onun işdən ayrılma səbəbi məlum deyil. Y.Abidovun yerinə hələlik heç bir təyinat yoxdur.

Qeyd edək ki, 2 dekabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov tutduğu vəzifədən azad edilmişdi. Y.Məmmədovun yerinə həmin tarixdə Ziyəddin Əliyev təyin edilmişdi. (Axar.az)