XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 17:53

İdmanın inkişafında xidmətləri olan şəxslər təltif edilib – SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Gözəl Tahir Abdolbari oğlu, Qayıbov Fərid Fazil oğlu və Məmmədov Elxan Salhab oğlu Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif ediliblər.

 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adlar verilib:

 

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Axundzadə Ağayar Əbdüləzim oğlu

Babayev Nağı Məcidoviç

Davudov Vaqif Cəlil oğlu

Əhmədov Kamal Məhəmməd oğlu

Əliyev Qərib Tələt oğlu

Hüseynov Firat Alışan oğlu

Meftahəddinova Zemfira Əli qızı

 

“Əməkdar jurnalist”

Şirəliyev Aslan Bəybala oğlu

 

“Əməkdar həkim”

İsgəndərov Kamil Vəliyullah oğlu.

İ. Əliyevin daha bir sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü təyin olunub.