XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 December 2017 - 11:29

“İran Prezident Administrasiyasının rəhbəri Bakıya gələcək” –Səfirlik açıqladı

"İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Bakıya gələcək".

Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi APA-ya məlumat verib. 

O bildirib ki,  M. Vaezi dekabrın 21-də Bakıda keçiriləcək İslam Həmrəyliyi İlinin yekunlarına həsr olunan beynəlxalq konfransda iştirak edəcək.

Konfransda bu il ərzində görülmüş işlər müzakirə olunacaq.

Qeyd edək ki, 2017-ci il prezident İlham Əliyevin müvafiq qərarı ilə İslam Həmrəyliyi ili elan olunub.