XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 04:35

Ukraynanın şərqində döyüşlər yenidən başlandı

Pavel Rozenko: “Ukrayna humanitar fəlakət həddindədir”

Ukrayna ordusu ilə Rusiyayönlü könüllülərin təmas xəttində atışma və artilleriya atəşləri təzələnib.

Strateq.az Ukrayna KİV-ə isnadən bildirir ki, Kiyev sərhəddə rus qoşunlarının cəmlənməsini bəyan edib. “Donetsk Xalq Respublikası”nın başçısı Donbasın şimalını döyüşlə geri almaq hədəsi gəlir. Avropa isə Ukrayna üzrə davamlı sülh sazişini gözləyir, lakin Rusiya və Ukrayna qiyamçı bölgələri Ukraynanın tərkibinə reinteqrasiya etməli olan sazişin siyasi aspektlərinə görə münaqişəyə girib.

ABŞ mətbuatının yazdığına görə, Ukrayna, Rusiya, Almaniya və Fransanın xarici işlər nazirləri bazar ertəsi görüşəcəklər ki, Şərqi Ukraynadakı dayanıqsız barışığı siyasi fikir ayrılıqlarının həlli vasitəsilə daha etibarlı sülh sazişinə çevirməyə cəhd etsinlər.

Ukraynanın sosial siyasət naziri Pavel Rozenko ölkədəki durumu şərh edərkən deyib: “Müharibə vəziyyətinə görə hökumət hamıya maddi yardım və birbaşa indi bir çox problemləri həll edə bilmir. Ukrayna humanitar fəlakət həddindədir. Bizə kömək lazımdır, lakin özümüz də çox şey edirik”.