XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 December 2017 - 14:28

Doğuş zamanı ana öldü… –Bərdə Rayon Mərkəzi Xəstəxanasında

 Azərbaycanda doğuş zamanı ana ölümü olub.

“Report”un Qarabağ bürosunun məlumatına görə, Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı doğuş zamanı ölüb.

Hadisə bu gün səhər saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

Ananın dünyaya gətirdiyi körpə qızın vəziyyəti stabildir.

Mərhumun yaxınları ananın ölümündə həkimlərin səhlənkarlığının olduğunu iddia edir.

Qeyd edək ki, bu, K.Əliyevanın dünyaya gətirdiyi ikinci övladıdır.