XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 16:05

7 marşrut üzrə 119 avtobusa xidmət edəcək yeni baza yaradılıb- FOTO

7 marşrut üzrə 119 avtobusa xidmət edəcək yeni istehsalat bazası yaradılıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verilib.

Bildirilir ki, BNA-nın istehsalat bazasının yaradılması ilə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən, daha bir belə müəssisə istifadəyə verilib. “Ayşən LTD” şirkətinə məxsus istehsalat bazası əsasən ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə 119 ədəd avtobusa xidmət edir. Bazada avtobuslara zəruri texniki quluq göstərilməsi üçün xüsusi texniki zonalar yaradılıb. Burada sürücülərin reysqabağı tibbi müayinəsi məqsədi ilə tibb məntəqəsi də fəaliyyət göstərir. Bazada avtobusların reysdən sonra xüsusi mühafizə olunan ərazidə saxlanılması üçün də şərait yaradılıb.

Məlumatda qeyd olunur ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi-texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyənləşib. Çatışmazlıqların aradan qaldırılması məqsədi ilə Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində daşıyıcı şirkətlər tərəfindən 7 istehsalat bazası (qarajlar) təşkil edilərək istismara verilib. Müasir tələblər səviyyəsində yaradılan bazalar maddi-texniki avadanlıqlarla təchiz edilib. Qeyd edilən istehsalat bazaları üzrə ümumilikdə, 37 marşrut xətti 515 ədəd ümumi istifadədə olan nəqliyyat vasitəsinə xidmət edir.

Agentlikdən bildirilib ki, daşıyıcı şirkətlər istehsalat bazalarını qoyulan tələblərə uyğun qurması ilə bağlı BNA-nın tələbini birmənalı şəkildə yerinə yetirməlidir. Bu sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, eləcə də hazırda sərnişindaşımada mövcud olan bir çox problemlərin həlli baxımından vacib amildir. Bu tələbə əməl etməyən daşıyıcıların paytaxtın marşrut şəbəkəsində fəaliyyəti məhdudlaşdırılacaq.