XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 10:41

BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirildi –FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə onun tabeliyində olan ümumi təhsil mərkəzləri və inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, tədbirdə BANM-in rektoru Elmar Qasımov, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanmış komandalar iştirak ediblər.

Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov çıxış edərək bu cür müsabiqələrin məktəblilərin bilik və bacarıqlarının inkişafında çox əhəmiyyətli olduğunu qeyd edib və məktəblilərə uğurlar arzu edib. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva isə çıxışı zamanı BANM-ın rəhbərliyinə göstərdiyi təşkilati dəstəyə görə təşəkkür edib, bu müsabiqənin həyata keçirilməsinin səbəblərindən danışıb.

Müsabiqənin final mərhələsinə vəsiqə qazanmış komandalar 2 saat ərzində 30 sualdan ibarət test tapşırığı və 2 məsələ həll ediblər. Doğru cavablandırılan hər test tapşırığı 1 balla, məsələ və təcrübə işi isə 5 balla qiymətləndirilməsi nəzərdə tutulub. Final mərhələsinin nəticələri tezliklə müəyyənləşdiriləcək.

Məktəblilər həmçinin, BANM-ın yeni kampusu ilə yaxından tanış olub, buradakı dünya standartlarına cavab verən elmi-tədqiqat labaratoriyalarında təcrübə işləri aparıblar.