XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 15:57

Kəmaləddin Heydərov İsrail Milli Agentliyinin rəisi ilə görüşdü –Müzakirə + FOTO

Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün İsrail Müdafiə Nazirliyi Fövqəladə halların idarə edilməsi Milli Agentliyinin rəisi Bezalel Trayberlə görüşüb.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanla İsrail arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın mövcudluğundan söz açaraq bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İsrail Müdafiə Nazirliyi Fövqəladə halların idarə edilməsi Milli Agentliyinin rəisi Bezalel Trayber İsraildə baş vermiş meşə yanğınların qarşısının alınması zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən yardımları böyük minnətdarlıq hissi ilə xatırlayıb və iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Görüşdə gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olublar.