XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Dekabr 2017 - 11:06

Rusiya XİN-dən Bakı və Yerevana çağırış:“Tərəfləri kompromislərin səmərəli axtarışına çağırırıq”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün gələcəkdə də vasitəçilik köməyi göstərəcək”.

Bunu "Moskva-Bakı" portalına 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlərin yekununu şərh edərkən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentindən bildiriblər.

Nazirlikdən deyiblər ki, başa çatmaqda olan ildə Rusiya daxil olmaqla vasitəçilərin səyləri münaqişə tərəfləri arasında hərbi risklərin azaldılmasına və birbaşa dialoqun bərpa olunmasına yönəlib: "Bu işin gözəçarpan nəticəsi oktyabrda Ermənistan-Azərbaycan sammitinin keçirilməsi oldu. Burada qoşunların təmas xəttində gərginliyin azaldılmasına kömək edəcək danışıqların prosesinin intensivləşdirilməsi və əlavə tədbirlərin görülməsi razılaşdırıldı. Biz prezidentlərin sammitdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə silsilə görüşlərdə fəal iştirak etməklə bağlı qərarını alqışlayırıq və tərəfləri vasitəçilərin təklifləri əsasında kompromislərin səmərəli axtarışına çağırırıq. Gələcəkdə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə həlli uzanan bu münaqişənin sülh yolu ilə nizamlanmasına vasitəçilik köməyi göstərəcəyik".