XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Dekabr 2017 - 23:45

Prezident “KİV haqqında Qanun”a edilən dəyişiklikləri təsdiqlədi –SƏRƏNCAM

Azərbaycan Prezidenti “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri imzalayıb.

Bu barədə verdiyi sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Prezidentinin aktlarının “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.