Türkiyənin baş naziri Binəli Yıldırım 27-28 dekabr tarixlərində Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək.
Səfər çərçivəsində B.Yıldırım bu ölkənin rəhbər şəxslərilə görüşlər keçirəcək.
Görüşlərdə ABŞ-ın Qüdslə bağlı qərarı, Qətər ətrafında davam edən böhran, terrorçuluğa qarşı mübarizə və s. məsələlər müzakirə olunacaq.