XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

24 Dekabr 2017 - 23:47

BMT Baş Assambleyası təşkilatın ikiillik büdcəsini təsdiqlədi –166 milyon dollar azaldı

BMT Baş Assambleyası bu gün ümumdünya təşkilatının 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib.

TASS-ın verdiyi məlumata görə, təsdiq olunan budcə 5,39 milyard dollar təşkil edir. Bu göstərici əvvəlki ikiillik büdcə ilə müqaisədə 166 milyon dollar azdır.

Büdcənin layihəsi Baş Assambleyanın 5-ci komitəsi tərəfindən hazırlanıb.

Büdcənin azaldılmasının əsas tərəfdarı ABŞ olub – ştatlar büdcəni 250 milyon dollar azaltmaq istəyib. ABŞ BMT-nin Fələstində, Liviya və Əfqanıstanda missiyalarını azaltmağı, təşkilatın bəzi inkişaf proqramlarında, yeni işçilərin işə götürülməsində, həmçinin personalın maaşlarında qənaət etməyi təklif edib/Trend.