XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 10:56

Rusiyada əhalinin 60 faizi SSRİ-nin dağılmasından təəssüflənir –SORĞU

Rusiyada Sovet İttifaqının dağılmasından təəssüflənənlərin sayı 2009-cu ildən bəri ən yüksək həddə çatıb.

“İnterfax”ın verdiyi məlumata görə, bu, “Levada" Mərkəzi tərəfindən aparılan sorğunun nəticəsində müəyyənləşib.

Sorğuda iştirak edənlərin 58 faizi SSRİ-nin dağılmasından təəssüfünü bildirib. Respondentlərin cəmi 25 faizi SSRİ-nin xiffətini çəkmir, 16 faizi isə cavab vermək istəməyib.