XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 17:32

Prezident İlham Əliyev MDB liderlərinin qeyri-formal görüşünə gedir  –Sabah

Dekabrın 26-da Moskvada MDB ölkələrinin dövlət başçılarının qeyri-formal görüşü keçiriləcək.

“RİA Novosti”nin verdiyi xəbərə görə, görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Görüşdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edəcəklər. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.