XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 12:15

“Hökumətə kadr hazırlanması məqsədilə təkliflər təqdim ediləcək” –Nazir əvəzi

"2018-2019-cu tədris ilində texnoloji sahə üzrə kadrların hazırlanması nəzərdə tutulur".

Bunu təhsil naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov “Elektron Təhsil” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, həm peşə, həm orta ixtisas, həm də ali təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin görülməsi məqsədilə Təhsil Nazirliyində işçi qrupu yaradılıb: "2018-2019-cu tədris ilində bu sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək. Əminəm ki, Nazirlər Kabineti də buna müsbət rəy verəcək".

Report